satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda Zəfər Günü münasibətilə “Açıq qapı” günü keçirilib - FOTOLAR

Naxçıvanda Zəfər Günü münasibətilə “Açıq qapı” günü keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Zəfər Günü münasibətilə “Açıq qapı” günü keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Zəfər Günü münasibətilə “Açıq qapı” günü keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Zəfər Günü münasibətilə “Açıq qapı” günü keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Zəfər Günü münasibətilə “Açıq qapı” günü keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Zəfər Günü münasibətilə “Açıq qapı” günü keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Zəfər Günü münasibətilə “Açıq qapı” günü keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi və Zəfər Günü münasibətilə muxtar respublika Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində “Açıq qapı” günü təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən NTV-yə bildirilib ki, tədbirdə şəhidlərin əziz dəqiqəlik bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov çıxışında xalqımızın şanlı Zəfər Gününün böyük qürur hissi ilə qeyd olunduğunu bildirərək, bu tarixi günün dövlətimizin gücünü və xalqımızın birliyini bir daha nümayiş etdirdiyini vurğulayıb.

Azər Məmmədrəhimov qeyd edib ki, əldə olunan bu qələbə ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoyub və bütün sahələrdə, o cümlədən rəqəmsal inkişaf istiqamətində həyata keçirilən işlərə mühüm təsir göstərib. O, həmçinin Naxçıvan Muxtar Respublikasında rəqəmsal xidmətlərin genişləndirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi və innovativ həllərin təşviqi istiqamətində icra olunan layihələr barədə ətraflı məlumat verib.

Sonra nazirliyin cari il ərzindəki fəaliyyətinə həsr olunmuş təqdimat edilib.

Tədbirdə Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələrlə bağlı sual-cavab sessiyası olub. Sessiyada iştirakçılar nazirliyin həyata keçirdiyi layihələr, rəqəmsal infrastrukturun genişləndirilməsi, eləcə də poçt və nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumatlandırılıblar.

Sonda qazilərə və media nümayəndələrinə göstərdikləri xidmətlərə və dəstəyə görə plaketlər təqdim edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM