satellite   Azerspace-1: 11135 H 30000

2025-ci ildə Azərbaycanın dövlət sərhədində 128 milyon manatlıq qaçaqmal tutulub

2025-ci ildə Azərbaycanın dövlət sərhədində 128 milyon manatlıq qaçaqmal tutulub

Ötən il Azərbaycanın dövlət sərhədində 128 milyon 255 min 862 manat dəyərində qaçaqmal tutulub.

NTV  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətində 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində qeyd olunub.

Bildirilib ki, ötən il ərzində Dövlət Sərhəd Xidmətinin struktur qurumları tərəfindən, həmçinin digər hüquq-mühafizə orqanları ilə birgə ümumilikdə 4 ton 311 kiloqram 864 qram narkotik vasitənin, 78 min 457 ədəd psixotrop tərkibli və güclü təsiredici həbin, 128 milyon 255 min 862 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Bundan başqa, 24 ton 585 kiloqram narkotik xassəli bitki məhv edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM