Martın 5-də Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi müvəqqəti dayandırılacaq.
NTV-nin məlumatına görə, magistral xətdə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq şəhərin S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar küçələri, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan küçələri, 6, 54, 56, 58, 60 və 61-ci məhəllələr, həmçinin Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində su təchizatında müvəqqəti fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra içməli suyun verilməsi gün ərzində əvvəlki rejimlə bərpa olunacaq.
