satellite   Azerspace-1: 11135 H 30000

Gücləndirilmiş rejimin 3 günü ərzində rekord göstəricilər qeydə alınıb

Gücləndirilmiş rejimin 3 günü ərzində rekord göstəricilər qeydə alınıb

Novruz və Ramazan bayramları ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimində çalışır.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən NTV-yə bildirilib ki, martın 19-21-də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 1080 reys həyata keçirilib, 38 min 613 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir.

 

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 400-dən çox reys həyata keçirilib.

 

Sərnişinlərin 60 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.

 

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM