Ötən gün 40,9 kq narkotik vasitə aşkar edilib.
Bu barədə NTV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 21-də ümumi çəkisi 40,9 kiloqram narkotik vasitə və 500 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
