Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında Zərdab–Kürdəmir avtomobil yolunun Əlvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
NTV-nin məlumatına görə, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq su kanalına aşıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı maşında olan 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
