satellite   Azerspace-1: 11135 H 30000

Bakıda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir - FOTOLAR

Bakıda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir<font color=red> - FOTOLAR</font> Bakıda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir<font color=red> - FOTOLAR</font>

Martın 27-si səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyəti təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.

 

NTV xəbər verir ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb.

 

Bununla əlaqədar bu gün Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Şüvəlan qəsəbəsində subasma hadisəsi, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev isə Binəqədi ərazisində qəza baş verən əraziyə gəlib. İcra başçıları rayonun təsərrüfat qurumlarına yağışın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar veriblər.

 

Şəhər ərazisində digər belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir. Yağan yağışın fəsadlarının aidiyyəti qurumlar tərəfindən aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Mahaçqalada sel fəlakəti

19:56 28.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM