satellite   Azerspace-1: 11135 H 30000

Ötən gün 42 cinayətin açılması təmin olunub

Ötən gün 42 cinayətin açılması təmin olunub

Martın 30-da ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə  bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 52, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 və dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 14 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 64,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 58,1 kiloqrama yaxın marixuana, 4,6 kiloqramdan çox həşiş, 1,1 kiloqrama yaxın tiryək, 400 qramdan çox heroin və metamfetamin olub.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 1 pulemyot, 1 tapança, 5 qumbara, 2 qumbaraatan, 2 alışdırıcı, 17 tüfəng, 27 patron darağı və 591 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər də saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM