satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclis hava məkanından istifadə qaydaları ilə bağlı dəyişiklikləri təsdiqləyib

Milli Məclis hava məkanından istifadə qaydaları ilə bağlı dəyişiklikləri təsdiqləyib

Milli Məclisin iyulun 14-də keçirilən plenar iclasında "Aviasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

NTV xəbər verir ki, qanun layihəsi aviasiya sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi və hava məkanından istifadəyə dair qaydaların dəqiqləşdirilməsi məqsədilə hazırlanıb.

Layihəyə əsasən, "Aviasiya haqqında" Qanunun 56.5-ci maddəsinə dəyişiklik edilir. Dəyişikliyə uyğun olaraq, müvafiq maddəyə "habelə çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını" sözləri əlavə olunur.

Qeyd olunub ki, dəyişiklik çox yüngül uçuş aparatlarının hava məkanından istifadəsi və onların uçuş qaydalarının hüquqi tənzimlənməsini təmin etməyə, aviasiya təhlükəsizliyinin gücləndirilməsinə və bu sahədə normativ bazanın təkmilləşdirilməsinə xidmət edir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM