satellite   Azerspace-1: 11135 H 30000

"Qırmızı Kitab"a daxil edilmiş nadir qızılı qartal Naxçıvanda təbii yaşayış arealına qaytarılıb

"Qırmızı Kitab"a daxil edilmiş nadir qızılı qartal Naxçıvanda təbii yaşayış arealına qaytarılıb

İki ay əvvəl vətəndaş tərəfindən verilmiş məlumat əsasında Babək rayonu ərazisində yaralı vəziyyətdə tapılan Bürkut (qızılı qartal) (Aquila chrysaetos) Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən mühafizəyə götürülərək baytar həkimin nəzarəti altında müalicə olunub.

NTV xəbər verir ki, aparılan müalicə tədbirləri nəticəsində tam sağalan qartal Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən Ləkətağ kəndi yaxınlığındakı Kola adlanan dağlıq ərazidə təbii yaşayış arealına qaytarılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM