satellite   Azerspace-1: 11135 H 30000

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib - FOTOLAR

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib<font color=red> - FOTOLAR</font>

Bakı şəhərində fəaliyyət göstərən Şuşa təcili tibbi yardım bölməsi artıq öz doğma yurdu – Şuşa şəhərinə köçürülüb.

Bu barədə NTV-yə TƏBİB-dən bildirilib.

Məlumata görə, Şuşa təcili tibbi yardım bölməsi 24/7 rejimində fəaliyyət göstərir. Bölmə 2 ədəd təcili tibbi yardım avtomobili ilə təmin olunub.

"Əhalinin təcili tibbi yardım xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, çağırışlara daha operativ reaksiya verilməsi, xidmətin əhatə dairəsinin artırılması və əlçatanlığının təmin edilməsi istiqamətində TƏBİB tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

Son illər ərzində təcili tibbi yardım xidmətinin daha səmərəli təşkili məqsədilə ölkənin müxtəlif bölgələrində yeni stansiya və filialların yaradılması, mövcud briqadaların sayının artırılması, eləcə də texniki təminatın gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır", - TƏBİB-dən qeyd olunub

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM