satellite   Azerspace-1: 11135 H 30000

Rejimli obyektlərdə əhalinin siyahıyaalınmasını təmin edən qurumların siyahısı müəyyənləşib

Rejimli obyektlərdə əhalinin siyahıyaalınmasını təmin edən qurumların siyahısı müəyyənləşib

Rejimli obyektlərdə əhalinin siyahıyaalınmasının keçirilməsini təmin edən dövlət orqanlarının (qurumlarının) siyahısı müəyyənləşib.

NTV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında Qərar imzalayıb.

Qərarın 2 nömrəli əlavəsində rejimli obyektlərdə əhalinin siyahıyaalınmasının keçirilməsini təmin edən qurumlarının siyahısı aşağıdakı kimi göstərilib:

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

5. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

6. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

7. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

8. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

9. Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti

10. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM