Bilgəh qəsəbəsində dənizdə batan üç nəfər xilas edilib.
Bu barədə NTV-yə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar - 2001-ci il təvəllüdlü Fətəliyev Məhəbbət Şövkət oğlu, 2000-ci il təvəllüdlü Mustafayev Sahil Bəhruz oğlu, 2001-ci il təvəllüdlü Cəlalov Elburus Zümrüd oğlu xilas edilib.
