satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda avtomobil 2 motosikletlə toqquşub, yaralılar var

Naxçıvanda avtomobil 2 motosikletlə toqquşub, yaralılar var

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

NTV xəbər verir ki, Şəkərabad kəndi yolunda "Chevrolet" markalı avtomobil dönmə manevri edərkən iki motosikletlə toqquşub.

Qəza nəticəsində 1993-cü il təvəllüdlü Əliyev İmran Rafiq oğlu, 2005-ci il təvəllüdlü Ümmətov Kamil Nəsimi oğlu və 2004-cü il təvəllüdlü Cəfərov Rəhim Niyaməddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM