satellite   Azerspace-1: 11135 H 30000

"Azərişıq" Naxçıvanın kənd və qəsəbələrinin elektrik şəbəkəsini yenidən qurur - VİDEO

"Azərişıq" ASC Naxçıvanın bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsini yenidən qurur.

NTV səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən rayonlarda, bir sıra kənd və qəsəbələrdə 0,4 və 10 kV-luq elektrik şəbəkəsi yenidən qurulur. Yeni metal dayaqlar əkilir, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Abonentləri daha keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə yaşayış məntəqələrində 10/0,4 kV-luq müasir Transformator Məntəqələri (TM) quraşdırılır.

Naxçıvan şəhərində 110/35/10 kV-luq "Koroğlu" yarımstansiyasının, Naxçıvan RETSİ-nin inzibati binasının tikintisinə start verilib. Həmçinin şəhər ərazisində abonentlər smart tipli sayğaclarla təchiz olunur. Babək rayonunda 35/10 kV-luq "Nəzərabad" yarımstansiyasının inşası davam edir.

Yenidənqurma işləri Sədərək rayonunun Sədərək və Qaraağac kəndlərini, Heydərabad qəsəbəsini, Şərurun Axaməd, Culfanın Əbrəqunus kəndlərini də əhatə edir.

Qeyd edək ki, "Azərişığ"ın həyata keçirdiyi əsaslı təmir və yenidənqurma işləri əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM