satellite   Azerspace-1: 11135 H 30000

İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul üçün qeydiyyat başlayır

İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul üçün qeydiyyat başlayır

2026–2027-ci tədris ili üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 1 nömrəli idman liseyinin və “Vətən” idman liseyinin V sinfinə, həmçinin VI–IX siniflər üzrə vakant şagird yerlərinə, eləcə də Bülbül adına orta ixtisas musiqi məktəbinin II–IX sinifləri üzrə vakant şagird yerlərinə qəbul üçün qeydiyyat prosesinə start verilir.

İdarədən NTV-yə bildirilib ki, qeydiyyat prosesi avqustun 20-si saat 15:00-dan avqustun 24-ü saat 18:00-dək sy.edu.az portalı üzərindən elektron qaydada həyata keçiriləcək.

Qeyd edək ki, sözügedən təhsil müəssisələrinə qəbul prosesi müəyyən edilmiş qaydalara uyğun olaraq müsabiqə əsasında aparılacaq.

Namizədlər müəyyən edilmiş müddət ərzində sy.edu.az portalına daxil olaraq elektron qaydada qeydiyyatdan keçə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM