satellite   Azerspace-1: 11135 H 30000

Birləşmiş Ştatların neft ehtiyatları artır

Birləşmiş Ştatların neft ehtiyatları artır

ABŞ-nin kommersiya xam neft ehtiyatları artıb.

NTV xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 4 milyon 400 min barel artaraq 428 milyon 800 min barel olub. Bazar proqnozları ehtiyatların 200 min barel artacağı istiqamətində idi.

Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 5 milyon 300 min barel geriləyərək 293 milyon 400 min barel olub. Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 700 min barel artaraq 209 milyon 400 min barel təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM