satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda dövlət dəstəyi və özəl investisiyalar hesabına 170 layihə başa çatdırılıb

Naxçıvanda dövlət dəstəyi və özəl investisiyalar hesabına 170 layihə başa çatdırılıb

NTV xəbər verir ki, 2026-cı ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasında yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 170 layihə icra olunub. Bu layihələrdən 33-ü yeni yaradılma, 137-si isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda, 37-si yaradılma və 46-sı genişləndirmə olmaqla, ümumilikdə 83 layihənin icrası davam etdirilib.

Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına təmin edilib. İcra olunmuş 170 layihədən 151-i Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM