satellite   Azerspace-1: 11135 H 30000

Kök hüceyrə terapiyası sağalmaz göz xəstəliyindən əziyyət çəkən pasiyentlərin görmə qabiliyyətini bərpa edib

Kök hüceyrə terapiyası sağalmaz göz xəstəliyindən əziyyət çəkən pasiyentlərin görmə qabiliyyətini bərpa edib

Kök hüceyrələrdən istifadə edilən yeni terapiya ilk dəfə aniridiyalı keratopatiyadan əziyyət çəkən pasiyentlərin görmə qabiliyyətini yaxşılaşdırmağa kömək edib. Aniridiyalı keratopatiya əvvəllər sağalmaz hesab edilən nadir irsi xəstəlikdir.

NTV xəbər verir ki, bununla bağlı ilk klinik tədqiqatın nəticələri “JAMA Ophthalmology” jurnalında dərc olunub.

Aniridiyalı keratopatiya PAX6 genində baş verən mutasiya nəticəsində inkişaf edir və bu mutasiya buynuz qişanın kök hüceyrələrinin çatışmazlığına səbəb olur. Bunun nəticəsində buynuz qişanın səthi tədricən şəffaflığını itirir, onun üzərini konyunktiva örtməyə başlayır və zaman keçdikcə görmə qabiliyyəti pisləşir. İndiyədək bu xəstəliyin effektiv müalicəsi mövcud olmayıb.

Alimlər tərkibində iki növ kök hüceyrə olan kollagen karkas hazırlayıblar və onu zədələnmiş gözün səthinə implantasiya ediblər. Tədqiqatda doqquz pasiyent iştirak edib, belə ki, terapiya yalnız bir gözə tətbiq olunub, digər gözdən isə nəticələri müqayisə etmək üçün istifadə edilib.

Üç aydan sonra müalicə olunan gözün səthinin vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb, bir il sonra isə pasiyentlər görmə itiliyinin standart testində orta hesabla 24 simvol daha çox ayırd edə biliblər.

Alimlər qeyd edirlər ki, bu, sözügedən xəstəliyin müalicəsi üçün eyni vaxtda iki növ kök hüceyrədən ibarət kollagen karkasın dünyada ilk uğurlu tətbiqidir. İndi tədqiqatçılar daha genişmiqyaslı klinik sınaqlar keçirməyi planlaşdırırlar ki, gələcəkdə bu üsulu pasiyentlər üçün əlçatan etmək mümkün olsun.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM