Qazaxıstanda 2026-cı ildə kosmik monitorinq vasitəsilə 2642 icazəsiz tullantı poliqonu aşkar edilib.
NTV Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, bu günədək aşkarlanmış tullantı poliqonlarının 2035-i, yəni ümumi sayın 77 faizi ləğv edilib.
Monitorinq zamanı Yer səthinin məsafədən zondlanması məlumatlarından istifadə olunur. “Qazaxıstan Kosmik Yolları” Milli Şirkəti ASC ölkə ərazisinin kosmik çəkilişini həyata keçirir, bundan sonra görüntülər emal olunur və tullantıların icazəsiz yerləşdirildiyi ehtimal olunan ərazilərin koordinatları müəyyən edilir.
Aşkarlanmış ərazilərlə bağlı məlumat tədbirlər görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilir. Ekologiya departamentləri müəyyən edilmiş ərazilərdə görülən işlərə nəzarət edir.
