satellite   Azerspace-1: 11135 H 30000

Abbas Abbasov: Reparasiya yalnız maliyyə kompensasiyası deyil, tarixi ədalətin bərpası vasitəsi olmalıdır

Abbas Abbasov: Reparasiya yalnız maliyyə kompensasiyası deyil, tarixi ədalətin bərpası vasitəsi olmalıdır

Reparasiya yalnız keçmişdə baş vermiş iztirablara görə maliyyə kompensasiyası ilə məhdudlaşmamalı, müstəmləkəçilik siyasətinin uzunmüddətli nəticələrinin aradan qaldırılmasına və tarixi ədalətin bərpasına xidmət etməlidir.

NTV xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

O vurğulayıb ki, reparasiya məsələsinə yalnız maliyyə kompensasiyası prizmasından yanaşmaq düzgün deyil.

“Belçikanın XX əsrdə Konqo, Ruanda və Burundidə həyata keçirdiyi müstəmləkəçilik siyasəti nəticəsində həyatını itirən insanları heç bir kompensasiya və ya reparasiya geri qaytara bilməz. Lakin onilliklər keçməsinə baxmayaraq, bu gün biz hələ də reparasiya, kompensasiya və ədalət məsələlərini müzakirə edirik

Reparasiya Konqo, Ruanda və Burundi xalqlarına müstəmləkəçilik irsini arxada qoymaq, daha güclü və inkişaf etmiş dövlətlər qurmaq imkanı verməlidir. Ən vacib məsələ isə bu xalqların ləyaqətlə irəliləməsinə və dünyanın digər ölkələri ilə bərabərhüquqlu əsasda daha yaxşı gələcək qurmasına şərait yaratmaqdır”, – deyə o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM