satellite   Azerspace-1: 11135 H 30000

ADY dəmiryol keçidlərində sürücü və piyadaları diqqətli olmağa çağırıb

ADY dəmiryol keçidlərində sürücü və piyadaları diqqətli olmağa çağırıb

Cari ilin yanvar-iyul aylarında dəmiryol keçidlərində 21 təhlükəli hadisə qeydə alınıb.

NTV  “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadla xəbər verir ki, tələskənlik və diqqətsizlik nəticəsində qatar yoluna çıxan sürücü və piyadalar arasında, təəssüf ki, xəsarət alanlar və həyatını itirənlər olub. Bir göz qırpımında baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almaq üçün ADY tərəfindən dəmiryol keçidlərinin yaxınlığında xüsusi xəbərdaredici posterlərin quraşdırılmasına başlanıb.

ADY bir daha sürücü və piyadaları qatar yoluna çıxmamağa, dəmiryol keçidlərində diqqətli və məsuliyyətli olmağa çağırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM