Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Özbəkistana 79 milyon 506,62 min dollar dəyərində məhsul ixrac olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 dəfə və ya 44 milyon 129,65 min dollar artım deməkdir.
NTV xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.
Hesabat dövrü ərzində Azərbaycan Özbəkistandan 121 milyon 227,3 min dollar dəyərində məhsul idxal edib ki, bu da illik müqayisədə 48 faiz və ya 112 milyon 306,3 min dollar azdır.
