Qazaxıstanda Qurultay adına və onun variantlarına nadir hallarda rast gəlinir. Bu ilin avqust ayına olan məlumata görə, ölkədə “Qurıltay”, “Kurıltay”, “Kurultay” və “Kurltay” adlarını daşıyan 10 nəfər qeydə alınıb.
NTV “Kazinform”a istinadla xəbər verir ki, bu adları daşıyanların 6-sı kişi, 4-ü qadındır.
Qurultay adını və onun variantlarını daşıyanların ən çoxu Şərqi Qazaxıstan vilayətində yaşayır - 4 nəfər. Daha 2 nəfər Almatıda qeydə alınıb. Abay, Jambıl, Karaqanda və Mangistau vilayətlərinin hər birində isə bir nəfər yaşayır.
Bu adı daşıyan 10 nəfərdən 5-nin yaşı 65 və daha yuxarıdır. Onlardan ən yaşlısının 80 yaşı var.
