NTV xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsində “Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hərbi xidmətə çağırışın əsasları” mövzusunda tədbir keçirilib.
Tədbir Naxçıvan Muxtar Respublikası Prokurorluğu ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş İdarəsinin əməkdaşı, polkovnik-leytenant Lətuf Şükürlü giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Prokurorluğun şöbə rəisi, baş ədliyyə müşaviri Əqil Əliyev, Naxçıvan Hərbi Prokurorluğunun əməkdaşı Faiq Quliyev, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Tibbi-Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin Naxçıvan Tibbi Qiymətləndirmə Komissiyasının sədri Bəhruz Məmmədov, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş İdarəsinin əməkdaşı, polkovnik-leytenant Vüsal Əliyev mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda hərbi xidmətə çağırışın qanunvericiliklə müəyyən edilmiş əsasları, çağırış prosesi və bu sahədə hüquqi məsələlər barədə məlumat verilib.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
