satellite   Azerspace-1: 11135 H 30000

Meksikada pirotexniki vasitələrin partlayışı nəticəsində doqquz nəfər ölüb, xəsarət alanlar

Meksikada pirotexniki vasitələrin partlayışı nəticəsində doqquz nəfər ölüb, xəsarət alanlar

Meksikanın Mexiko ştatının Temaskalsinqo şəhərində pirotexniki vasitələrin partlayışı nəticəsində doqquz nəfər ölüb, daha 24 nəfər yaralanıb.

NTV-nin "La Jornada"ya istinadən məlumatına görə, bu barədə ştatın mülki müdafiə orqanının rəhbəri Adrian Ernandes Romero bildirib.

Pirotexniki vasitələr Santa-Mariya Kançesda kilsəsinə bitişik binasında saxlanılıb. "Pirotexniki vasitələrin saxlanıldığı binanın damı uçaraq içəridəki insanların üzərinə düşüb. Səkkiz nəfər hadisə yerində ölüb, daha bir nəfər isə daha sonra Atlakomulko Mərkəzi Xəstəxanasında ölüb", - açıqlamada bildirilir.

Nəşrin məlumatına görə, partlayış zamanı kilsə dini bayramı qeyd edirmiş və binada izdiham var imiş.

Hadisə yernə Mülki Müdafiə qüvvələri, Mexiko şəhərinin Qəza-Xilasetmə Dövlət Xidməti, Milli Fövqəladə Hallar Komissiyası və ştat polisi cəlb edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM