satellite   Azerspace-1: 11135 H 30000

“Bakı İqlim Həftəsi 2026” işinə başlayır

“Bakı İqlim Həftəsi 2026” işinə başlayır

Azərbaycanın paytaxtında “Bakı İqlim Həftəsi 2026” (BCAW 2026) öz işinə başlayıb.

NTV xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycan və Türkiyənin iqlim gündəliyi üzrə rəsmiləri, COP30 və COP31 rəhbərliyi, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də iqlim üzrə yüksəksəviyyəli çempionlar iştirak edirlər.

Açılış mərasimində COP29-un prezidenti və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, energetika naziri Pərviz Şahbazov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, COP30-un icraçı direktoru Ana Toni, COP31-in icraçı direktoru Fatma Varank, COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu Samed Ağırbaş, İRENA-nın baş direktoru Francesco La Camera və digər şəxslər çıxış edəcəklər.

Tədbirdə BCAW 2026 ilə bağlı videoçarx nümayiş etdirilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiell də iştirakçılara videoformatda müraciət edəcək.

“Bakı İqlim Həftəsi” iqlim dəyişmələri ilə mübarizə, enerji keçidi, bərpaolunan enerji, davamlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi məsələləri ətrafında müzakirələr üçün beynəlxalq platforma kimi nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM