satellite   Azerspace-1: 11135 H 30000

Yeni tədris ili ərəfəsində DYP və AYNA məktəblərin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib

Yeni tədris ili ərəfəsində DYP və AYNA məktəblərin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib

Yeni tədris ilinin başlanmasına sayılı günlər qaldıqca paytaxtın küçə və prospektlərində, xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə NTV-yə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) NTV-yə bildirilib.

Qeyd edilib ki, tədris ilinin başlaması ilə məktəblərin ətrafında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağı nəzərə alınaraq, Dövlət Yol Polisi (DYP) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları təhsil müəssisələrinin ətrafındakı yol şəraitinə nəzarəti gücləndirir.

Məktəblərin yerləşdiyi ərazilərdə yol hərəkətinin təşkili vəziyyəti diqqətlə araşdırılır, mövcud yol nişanları və nişanlanma xətləri nəzərdən keçirilir, aşkarlanan çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq addımlar atılır.

Eyni zamanda, məktəblərin qarşısında piyada keçidlərinin, yol nişanlarının və digər texniki vasitələrin vəziyyətinə xüsusi diqqət yetirilir. Məqsəd şagirdlərin məktəbə gediş-gəlişi zamanı onların təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM