Gənclər yol hərəkəti qaydaları ilə bağlı məlumatlandırılıb - FOTOLAR

Gənclər yol hərəkəti qaydaları ilə bağlı məlumatlandırılıb<font color=red> - FOTOLAR</font> Gənclər yol hərəkəti qaydaları ilə bağlı məlumatlandırılıb<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 12 Avqust - Beynəlxalq Gənclər Günü tədbirləri çərçivəsində Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində gənclər üçün yol hərəkəti qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə qeyd olunub ki, son illər yol hərəkəti iştirakçılarının məsuliyyətsizliyi və bunun nəticəsində baş verən yol qəzalarının sayı artmaqdadır. Belə xoşagəlməz halların minimum həddə endirilməsi və ya qarşısının alınması, yol hərəkəti qaydalarının öyrədilməsi və yol hərəkəti təhlükəsizliyinin təbliği istiqamətində müxtəlif tədbirlər təşkil olunur.

Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis kapitanı Ayaz İsmayılov yol hərəkəti qaydalarını, yol hərəkəti iştirakçılarının əsas hüquq və vəzifələrini gənclərin diqqətinə çatdırıb. Bildirilib ki, yol hərəkəti iştirakçısı olduğumuz zaman müəyyən təhlükəsizlik və yol hərəkəti qaydalarına düzgün əməl etməklə həm özümüzün, həm də digər insanların təhlükəsizliyini təmin edirik. Həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları və bu sahə ilə bağlı qanunvericiliyin digər tələbləri də gənclərin diqqətinə çatdırılıb.

Maarifləndirici tədbir çərçivəsində gənclər yol hərəkəti nişanları, onların mənaları, piyada keçidindən düzgün istifadə qaydaları barədə məlumatlandırılıblar.

Leyla Cəfərzadə

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM