satellite   Azerspace-1: 11135 H 30000

Əfqanıstanda məktəb yaxınlığında baş verən partlayışda ölənlərin sayı 22 nəfərə çatıb

Əfqanıstanda məktəb yaxınlığında baş verən partlayışda ölənlərin sayı 22 nəfərə çatıb

Əfqanıstanın Kunar vilayətində məktəbin yaxınlığında baş vermiş partlayış nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb, 147 nəfər isə yaralanıb.

NTV xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

Partlayış noyabrın 28-də baş verib. Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, faciənin səbəbi səhlənkarlıq olub. Hadisə nəticəsində məktəbin azı iki sinif otağının damı çöküb.

Yerli "Jomhor" agentliyinin məlumatına görə, yaxınlıqdakı yaşayış evində saxlanılan sənaye partlayıcısı partlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM