satellite   Azerspace-1: 11135 H 30000

Sarıköklü çayın sağlamlıq üçün faydaları

Sarıköklü çayın sağlamlıq üçün faydaları

Sarıkök antibakterial və antiiltihab xüsusiyyətlərə malikdir. Ona görə də onun əsasında dəmlənən çay da bu keyfiyyətləri özündə qoruyub saxlayır.

Sarıkök uzun illərdir kulinariya dünyasında çox populyardır. Bununla belə, o, sağlamlıq üçün çoxlu faydalara malikdir. Naxçıvan televiziyası İnformasiya Agentliyi “MedikForum”a istinadla xəbər verir ki, sarıkökün dəri üçün faydalı olduğu sübut edilib, o, antibakterial və iltihab əleyhinə xüsusiyyətlərə malikdir.

Sarıköklü çayın xoş qızılı rəngi var. Yuxarıda qeyd edildiyi kimi, sarıköklü çay bizi infeksiya və iltihabdan qoruyaraq, bakteriya və iltihabla mübarizə aparmaq qabiliyyətinə malikdir.

Bu çay ürək üçün faydalıdır, çünki onun tərkibində arterial təzyiqini və qanda piy göstəricilərini azaldan kimyəvi maddələr var. Çayda olan kurkumin əhval-ruhiyyəni qaldırır və stresdən azad edir. Nəhayət, bu çayın mühüm üstünlüyü onun aşağı kalorili olmasıdır. Soyuq sarıköklü çay şirə və ya enerji içkilərini əvəz edə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM