satellite   Azerspace-1: 11135 H 30000

TƏBİB: İlan sancması zamanı həmin hissəyə buz qoyulmalı və yod məhlulu ilə dezinfeksiya edilməlidir

TƏBİB: İlan sancması zamanı həmin hissəyə buz qoyulmalı və yod məhlulu ilə dezinfeksiya edilməlidir

Yay aylarında ilansancma hallarına daha tez-tez rast gəlinir. İlan sancması zamanı dəri qızarır, şişir, göyərməyə başlayır və zərərçəkəndə başgicəllənmə, ürəkbulanma, nəfəs darlığı kimi əlamətlər müşahidə olunur. Bu zaman insanların yanlış müdaxilə etməsi isə zərərçəkənin vəziyyətini daha da ağırlaşdıra bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, ilan sancması zamanı yaranı kəsmək, çərtmək, yandırmaq, sarımsaq və ya qatıq kimi vasitələrlə sürtmək qətiyyən olmaz. İlan sancan nahiyəyə çox toxunmaq və hərəkət etdirmək zəhərin daha da yayılmasına səbəb ola bilər. İlan sancması halı baş verərsə, mütləq ilan dişləyən hissə hərəkətsiz vəziyyətə gətirilməlidir. Buz tapmaq mümkündürsə, həmin hissəyə buz qoyulmalı və yod məhlulu ilə dezinfeksiya edilməlidir.

Xəsarət almış şəxsə ilkin yardım göstərilsə də, onu dərhal yaxında olan tibb müəssisəsinə çatdırmaq lazımdır. Daha sonra həkim nəzarəti altında aparılan müəyyən analizlərdən sonra ilan zəhərinə qarşı zərdab tətbiq edilə bilər. Zərdabın effektliyi isə ilk sutka ərzində özünü göstərməyə başlayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM