satellite   Azerspace-1: 11135 H 30000

Ötən ay 471 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb

Ötən ay 471 daşınmaz əmlak obyekti üzərində  hüquqlar dövlət qeydiyyatına alınıb

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, ötən ay 471 daşınmaz əmlak obyekti üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, 378 texniki sənəd hazırlanıb, 32 daşınmaz əmlak obyektinə ünvan verilib, 67 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə ötən ay Şərur şəhərinin, Şahbuz rayonunun Şahbuz şəhəri və Keçili kəndinin ərazisində monitorinqlər başa çatdırılıb, aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılıb. Həmçinin Şahbuz rayonunun Mahmudoba və Nursu kəndlərinin ərazisində monitorinqlər davam etdirilib. Şərur rayonunun Cəlilkənd, Axaməd, Babək rayonunun Göynük, Xalxal, Ordubad rayonunun Darkənd, Ağrı, Culfa rayonunun Teyvaz, Şahbuz rayonunun Güney Qışlaq kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilərək mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM