satellite   Azerspace-1: 11135 H 30000

Bədənin D vitamini ehtiyacını qarşılayan ən yaxşı mənbə günəşdir

Bədənin D vitamini ehtiyacını qarşılayan ən yaxşı mənbə günəşdir

Vitamin D-nin kimyəvi adı kalsiferoldur. Uşaqların orqanizminin inkişafında mühüm rol oynayan bu vitamin immunitet sistemini gücləndirməklə yanaşı qanın normal laxtalanmasını təmin edir. İnsan orqanizmində sümük sağlamlığının qorunması üçün D vitamini əvəzsiz rol oynayır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Kliniki Tibbi Mərkəzin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bədənin D vitamini ehtiyacını qarşılayan ən yaxşı mənbə günəşdir. Dəri günəş işığını sintez edir və onu D vitamininə çevirir. Uşaqların D vitamininə tələbatı yaşlılara nisbətən 2-2,5 dəfə çoxdur.

Süd, ayran, kefir, pendir, qatıq, kərə yağı, tuna balığı, qaraciyər, şirin kartof, balıq yağı, cəfəri, gicitkən, yulaf kimi məhsullar D vitamini ilə zəngindir.

Vitamin D çatışmadıqda orqanizmdə кalsium və fosfor mübadiləsi pozulur və uşaqlarda raхit, yaşlılarda isə osteoporoz хəstəliyi yəni sümük əriməsi probleminə səbəb olur. D vitamini çatışmazlığı insanda ümidsizlik, depressiya hallarına, sümük ağrılarına, tez-tez soyuqdəymə xəstəliklərinə səbəb olur, xroniki yorğunluq yaradır. Eyni zamanda bu vitaminin çatışmazlığı zamanı dəri, saç və dırnaqların vəziyyəti pisləşir, immun sistemi zəifləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM