satellite   Azerspace-1: 11135 H 30000

Avqustun 21-də Azərbaycanda COVID-19 əleyhinə 1319 doza vaksin vurulub

Avqustun 21-də Azərbaycanda COVID-19 əleyhinə 1319 doza vaksin vurulub

Avqustun 21-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyası əleyhinə 1319 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 192, ikinci doza vaksinlərin sayı 174, üç və daha çox doza vaksinlərin sayı 809, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 144-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 848 min 567, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 371 min 683, ikinci mərhələ üzrə 4 milyon 861 min 143, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 357 min 691, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 258 min 50-dir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM