satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın futzal hakimləri UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar alıblar

Azərbaycanın futzal hakimləri UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar alıblar

Azərbaycanın futzal üzrə iki FIFA referisi UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar alıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Hikmət Qafarlı avqustun 24-29-da İsveçrənin paytaxtı Berndə yerli “Futsal Minerva”, “KMF Loznica-Grad 2018” (Serbiya), “Vesteralen” (Norveç) və “S.S. Folgore” (San-Marino) komandalarının yer aldığı D qrupunun görüşlərini idarə edəcək.

Knyaz Əmiraslanov isə “Stuttgarter Futsal Club 2020” (Almaniya), “Georgians” (Gürcüstan), “Örebro SK Futsalklubb” (İsveç) və “İstanbul Şişli SK” (Beşiktaş) komandalarının mübarizə aparacağı F qrupunun matçlarında iş başında olacaq. Bu qrupun qarşılaşmaları avqustun 23-28-də Türkiyədə gerçəkləşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM