satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın şimal bölgəsindəki bütün yanğınlar tam söndürülüb - VİDEO

Quba rayonunun Qasımqışlaq, Gədikqışlaq və Vəlvələ kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik sahələrdə baş vermiş yanğın tam söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, havanın isti və küləkli olmasına, relyefin mürəkkəbliyinə baxmayaraq qüvvələrin əlaqəli və effektli tətbiqi sayəsində yanğının daha geniş ərazilərə yayılmasına imkan verilməyib.

Ümumilikdə Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları üzrə baş vermiş yanğınlar nəticəsində təxminən 5000 hektar sahədə meşə və meşəətrafı ərazi, örüş və biçilmiş əkin sahələri yanıb. Şimal bölgəsində bütün yanğınlar tam söndürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM