satellite   Azerspace-1: 11135 H 30000

Nüvə münaqişəsi riski ən yüksək həddə çatıb - BMT-nin baş katibi

Nüvə münaqişəsi riski ən yüksək həddə çatıb - BMT-nin baş katibi

Nüvə münaqişəsi riski indi onilliklər ərzində ən yüksək həddə çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

"Nüvə silahı olan ölkələr ondan ilk istifadə etməyəcəklərini öhdələrinə götürməlidirlər. Bu ölkələr nüvə silahı olmayan dövlətləri onlara qarşı nüvə silahından istifadə etməyəcəklərinə və ya istifadə etməklə hədələməyəcəklərinə əmin etməli və şəffaf olmalıdırlar", - deyə A.Quterreş bildirib.

Onun sözlərinə görə, bütün ölkələrin nüvə silahlarından azad bir dünyaya sadiqliklərini bir daha təsdiqləmələri və gərginliyi azaltmaq və nüvə silahı yarışına birdəfəlik son qoymaq üçün danışıqlar baxımından səylərini əsirgəməmələri vacibdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM