satellite   Azerspace-1: 11135 H 30000

FHN-in Masallıda yanğının söndürülməsinə cəlb olunan təyyarəsi qəza enişi edib

FHN-in Masallıda yanğının söndürülməsinə cəlb olunan təyyarəsi qəza enişi edib

Bu gün Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb.

Nazirliyin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib. Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM