satellite   Azerspace-1: 11135 H 30000

Oturaq iş rejimində çalışan insanlarda onurğa sütunu əyriliyi müşahidə olunur

Oturaq iş rejimində çalışan insanlarda onurğa sütunu əyriliyi müşahidə olunur

Oturaq iş rejiminin insan orqanizminə vurduğu fəsadlardan biri də metobolik sindromdur. Bu hal eyni zamanda şəkərli diabet, yüksək təzyiq kimi sağlamlıq problemləri yaradır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Kliniki Tibbi Mərkəzin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bunu mərkəzin həkim-terapevti Nuranə Əliyeva deyib.

“Daimi olaraq oturaq iş rejimində çalışan insanlarda skolioz - yəni onurğa sütunu əyriliyi və xalq arasında boyun kirəclənməsi kimi tanınan osteoxondroz xəstəlikləri müşahidə olunur. Belə iş rejimində çalışan insanların mədə bağırsaq sistemində müxtəlif problemlər yaranır. Bu insanlarda xroniki yorğunluq, depressiyaya meyllilik digərləri ilə müqayisədə daha çox olur.

Sadalanan problemlərin qarşısını almaq üçün iş saatları arasında 10-15 dəqiqəlik fasilə vermək, bu müddətdə göz əzələlərini məşq etdirmək lazımdır. İmkan daxilində yüngül idman hərəkətləri edilməlidir. Ən yaxşı üsullardan biri də müntəzəm olaraq idmanla məşğul olmaqdır. Ən azı 1 saat açıq havada gəzmək vacibdir. Eyni zamanda qida rasionuna diqqət etməlisiniz. Gün ərzində hərəkət aktivliyi az olan insanlar mümkün qədər az və sağlam qidalanmalıdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM