satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək - VİDEO

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, noyabrın 4-5-6-sı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək. 

Festivalda muxtar respublikanın müxtəlif rayonlarından olan ailə təsərrüfatı sahiblərinin bərəkətli torpaqlarımızda ərsəyə gətirdiyi məhsulları əldə edəcək, əl işlərinin sərgi-satışı ilə tanış olacaqsınız. Festival çərçivəsində “Aktiv ailə təsərrüfatı” nominasiyası üzrə müsabiqə təşkil ediləcək, qaliblərə diplomlar təqdim olunacaq. Festival zamanı mədəniyyət və incəsənət ustalarımızın ifa etdikləri konsert proqramı sizdə xoş ovqat yaradacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM