satellite   Azerspace-1: 11135 H 30000

Oktyabrın 28-də Azərbaycanda COVID-19 əleyhinə 583 doza vaksin vurulub

Oktyabrın 28-də Azərbaycanda COVID-19 əleyhinə 583 doza vaksin vurulub

Oktyabrın 28-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 583 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 172, ikinci doza vaksinlərin sayı 76, üç və daha çox doza vaksinlərin sayı 288, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 47-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 910 min 48, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 389 min 756, ikinci mərhələ üzrə 4 milyon 871 min 191, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 386 min 163, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 938-dir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM