Oktyabrın 29-da Pirqulu seysmoloji stansiyasından 44 kilometr cənubda, Qobustan rayonunun ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, yerli vaxtla saat 17:50-də qeydə alınan zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib və 3 bala qədər hiss edilib.
Zəlzələnin maqnitudası 3,6-ya bərabər olub.
