satellite   Azerspace-1: 11135 H 30000

Noyabrın 1-i Beynəlxalq Veqan Günüdür

Noyabrın 1-i Beynəlxalq Veqan Günüdür

Hər il Oktyabrın 1-də Beynəlxalq Vegetarian Günü qeyd edilir və həmin gün 1977-ci ildə Şimali Amerika Vegetarian Cəmiyyəti tərəfindən təsis edilib. Bir il sonra həmin təşəbbüs Beynəlxalq Vegetarian İttifaqı tərəfindən dəstəklənib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, vegetarianlıq rasiondan heyvan mənşəli məhsulların çıxarılmasıdır. Bütün ənənələr kimi o da qədim ənənəyə malikdir. Vegetarianlığın Asiya ölkələrində qədim vaxtlardan yarandığı və onun əsasında buddizm və induizmin dini ənənələri dayanır.

Avropada vegetarianlıq XIX əsrdən yaranmağa başlayıb. İngiltərədə müstəmləkəçilərin Hindistanda öyrəndikləri buddist təlimləri bu vərdişin geniş yayılmasına şərait yaradırdı. Yeri gəlmişkən, ilk dəfə 1849-cu ildə İngiltərədə vegetarianlar cəmiyyəti yaradılıb və hazırda əhalinin təxminən 6 faizi vegetarian pəhrizi ilə həyat sürür. Həmçinin onu da qeyd etmək lazımdır ki, Avropadakı iqtisadi böhran, qida məhsullarının əhəmiyyətli hissəsinin bahalaşması həmin təlimin genişlənməsinə səbəb oldu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM