satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “SOFEX-2022” sərgisində iştirak edir

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “SOFEX-2022” sərgisində iştirak edir

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayəndə heyəti oktyabrın 31-dən Aqaba şəhərində keçirilən “SOFEX-2022” Xüsusi Əməliyyat Qüvvələri Sərgi və Konfransında iştirak etmək üçün İordaniya Haşimilər Krallığında səfərdədir.

MSN-in mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, Kral II Abdullah ibn Al Hüseynin himayəsi və İordaniya Dizayn və İnkişaf Bürosunun dəstəyi ilə iki ildən bir təşkil olunan “SOFEX-2022” sərgisində dünyanın 38 ölkəsindən 300-dən artıq iştirakçı, 70-dən çox rəsmi nümayəndə heyəti, 400-dən çox hərbi nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.

Sərginin açılış mərasimində İordaniya Haşimilər Krallığının Kralı II Abdullah İbn Əl-Hüseyn iştirak edib.

“SOFEX-2022” 13-cü Xüsusi Əməliyyat Qüvvələri Sərgisi işini noyabrın 3-dək davam etdirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM