satellite   Azerspace-1: 11135 H 30000

Noyabrın 1-də Azərbaycanda COVID-19 əleyhinə 657 doza vaksin vurulub

Noyabrın 1-də Azərbaycanda COVID-19 əleyhinə 657 doza vaksin vurulub

Noyabrın 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 657 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 153, ikinci doza vaksinlərin sayı 181, üç və daha çox doza vaksinlərin sayı 294, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 29-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 911 min 694, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 390 min 152, ikinci mərhələ üzrə 4 milyon 871 min 585, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 386 min 910, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 47-dir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM