satellite   Azerspace-1: 11135 H 30000

Noyabrın 5-də Azərbaycanda COVID-19 əleyhinə 557 doza vaksin vurulub

Noyabrın 5-də Azərbaycanda COVID-19 əleyhinə 557 doza vaksin vurulub

Noyabrın 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 557 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 127, ikinci doza vaksinlərin sayı 131, üç və daha çox doza vaksinlərin sayı 247, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 52-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 913 min 533, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 390 min 562, ikinci mərhələ üzrə 4 milyon 871 min 946, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 387 min 815, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 210-dur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM