satellite   Azerspace-1: 11135 H 30000

Serbiyanın “Danas” qəzeti Azərbaycanın Zəfər Günü ilə bağlı məqalə dərc edib

Serbiyanın “Danas” qəzeti Azərbaycanın Zəfər Günü ilə bağlı məqalə dərc edib

Serbiyanın geniş oxucu kütləsinə malik gündəlik “Danas” qəzetində Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbənin ikinci ildönümü və Zəfər Günü ilə əlaqədar məqalə dərc olunub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yazıda 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığı, 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın müddətdə erməni işğalında olan torpaqların azad edildiyi bildirilir.

Qeyd olunur ki, 44 günlük hərbi əməliyyatlar nəticəsində Azərbaycan ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, o cümlədən mühüm strateji yüksəklikləri azad edib. 2020-ci il noyabrın 8-də isə Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri işğaldan azad olunub. Prezident İlham Əliyevin Sərəncamına əsasən hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM