satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın milli mətbəxi Pakistanda təqdim edilib - FOTOLAR

Azərbaycanın milli mətbəxi Pakistanda təqdim edilib<font color=red> - FOTOLAR</font> Azərbaycanın milli mətbəxi Pakistanda təqdim edilib<font color=red> - FOTOLAR</font> Azərbaycanın milli mətbəxi Pakistanda təqdim edilib<font color=red> - FOTOLAR</font> Azərbaycanın milli mətbəxi Pakistanda təqdim edilib<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Pakistandakı səfirliyində ölkəmizin milli mətbəxinin nümunələri təqdim olunub.

Səfirlikdən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə Pakistandakı xarici ölkələrin səfirlərinin həyat yoldaşları, diplomatlar, eləcə də pakistanlılar iştirak ediblər.

Ölkəmizin Pakistandakı səfirinin həyat yoldaşı Təranə Fərhadova tədbirdə çıxış edərək Azərbaycanın hər bir bölgəsinin özünəməxsus təamlarının olduğunu qeyd edib, ölkəmizin qədim və zəngin mətbəxinin nümunələri, eləcə də onların hazırlanması qaydaları barədə geniş məlumatları qonaqların diqqətinə çatdırıb.

Daha sonra qonaqlar səfirlik tərəfindən hazırlanmış plov, dolma, Şuşa qəlyəsi, toyuq ləvəngi, qutab, dovğa, manqal salatı habelə Qarabağ kətəsi, Naxçıvan kökəsi, Şamaxı mütəkkəsi, Quba bükməsi, paxlava, şəkərbura və şorqoğalı dadıblar.

Tədbirdə həmçinin milli mətbəximizin nümunələrindən olan dolmanın hazırlanması qaydaları iştirakçılara göstərilib.

Təqdim edilmiş yemək və şirniyyatlar qonaqlarda yüksək maraq və təəssürat yaradıb.

Tədbirdə həmçinin ölkəmizin zəngin tarixi və mədəniyyətini, turizm potensialını əks etdirən çoxsaylı videoçarxlar da nümayiş olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM