satellite   Azerspace-1: 11135 H 30000

Ötən ay 113 nəfərə əmək pensiyası təyin edilib

Ötən ay 113 nəfərə əmək pensiyası təyin edilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, oktyabr ayında 75-i yaşa, 22-si sağlamlıq imkanlarının məhdudluğuna, 16-sı ailə başçısını itirməyə görə olmaqla, ümumilikdə 113 vətəndaşa əmək pensiyası təyin olunub. 103 vətəndaşa ilk dəfə pensiya təyinatı olub, 10 nəfərin isə pensiya növündə dəyişiklik edilib. Qanunvericiliyə uyğun olaraq 567 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət təyin olunub.

Ümumilikdə oktyabr ayında pensiya ödənilməsinə 17 milyon 494 min manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsinə isə 308 min manat vəsait xərclənib. Sığorta prinsipi ilə pensiya alanların hər birinə cari ilin dördüncü rübü üzrə verilməsi nəzərdə tutulan 50 manat maddi yardım pensiya ilə birlikdə ödənilib. Bundan başqa qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımın ödənilməsi də təmin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM